Qapı - Giriş və otaq

"ATA DOOR"

 Biz əşyalar ilə əhatə olunmuşuq. İstər-istəməz, bu əşyaların forması, teksturası, rəngi, əhvalımıza birbaşa təsir göstərir. Buna görə interyerin dizayn olunması sadəcə olaraq, "dəbli" və ya "müasir" olmamalıdır. Düzgün dizayn, mərkəzi həmişə insan olan yaşayış məkanında harmoniya yaradır. İnteryer dizaynerinin üzərinə düşən əsas vəzifə - ətrafdakı mühitin gözəl və rahat olmasını təmin etməkdir. Evin giriş qapısından başlayaraq, interyerin bütün elementləri, keramik və ya laminat döşəmə, qapılar, pencərələr, divar və tavan örtüklərinin fakturası, rəngi, işıqlandırma, hətta yemək üçün masa üzərinə düzülən qab-qacaq – bütün bunlar hamısı biri-birinə uyğun seçilməlidir. Rahat və yaraşıqlı əşyaların əhatəsində həm işləmək, həm istrahət etmək zövqü oxşayır. 

“Hanlı Pazar”, İnteryerin vacib elementlərində olan otaq qapıları kolleksiyasını təklif edir. İstehsalçı, Türkyənin, 2001-ci ildə təsis edilmiş “ATA Grup” şirkətlər qrupuna məxsus “ATA Door” şirkətidir. 

“Hanlı Pazar” sizlərə, zövq oxşayan interyer üçün geniş çeşidli, keyfiyyətli, müasir materiallar və bu materialların interyeriniz üçün düzgün seçimində yardım edəcək dizayner xidmətini təklif edir. Biz sizə yaşayış və iş məkanlarınızda, düzgün və müasir interyer yaratmağa kömək etməyə hazırıq.

“Okuklu Holding” həm pərakəndə, həm də topdan satış alıcılarla əməkdaşlıq edir.
“Hanlı Pazar”da bir məhsul vahidindən istənilən həcmdə sifariş vermək olar. 
“Hanlı Pazar”da alış-veriş - tez, sərfəli və rahatdır!

----------------------------------------------------------------

Message: Buradan WhatsApp
Mobile:
(050) 261-34-74 / (050) 261-34-68
(050) 261-34-69 / (050) 261-34-70
(050) 261-34-71 / (050) 261-34-72










Ödəniş vasitəsi: nağd və bank kartı

Yorumlar